[b]Yığmamızın yeddinci uçurumu[/b]
08.09.2017 - 15:29
[b]Yığmamızın yeddinci uçurumu[/b]

Sentyabrın 14-də açıqlanacaq FİFA reytinqi Azərbaycan millisi üçün iki antirekordla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, yığmamız son 1 ilin ən zəif nəticəsini rəsmiləşdirəcək.

 

Belə ki, 387 xalla 92-ci yerdə olacaq komandamız son 12 ay ərzində ən aşağı mövqedə yer alacaq. Məsələ ondadı ki, ötən ilin oktyabrından 76-90-cı yerlərdə var-gəl edən millimiz “yüzlüy”ün sonuncu “onluğ”una düşməmişdi.

 

Son bir ilin antirekorduna imza atan komandamız sonuncu dəfə 2016-cı ilin sentyabrında belə zəif olmuşdu. Həmin vaxt yığmamız 133-cü yerdə qərarlaşmışdı.

 

Millimizin bu bir ildəki nəticələrinə baxsaq, 2017-ci ilin iyununda 76-cı, avqustunda 79-cu, iyulunda 80-ci olan komandamız üç dəfə 8-ci “onluğ”a daxil olub. Digər 8 ayda isə yığmamız 9-cu “onluq”da qərarlaşıb.

 

Robert Prosineçkinin yetirmələri həm də 13 pilləlik eniş etməklə azarkeşlərini üzüb. Çünki belə geriləmə yığma tarixinin 7-ci uçurumudu.

 

Millimiz yalnız 6 dəfə daha acınacaqlı yuvarlanma yaşayıb. Prosineçki isə ikinci dəfə belə enişə şahid olub.

 

Xorvatiyalının baş məşqçiliyi dövründəki ilk böyük geriləmə ötən ilin aprelində yaşanıb. Həmin vaxt milli 22 pillə aşağı düşüb. Onda martdakı 112-ci yeri 134-cüyə dəyişmişik. Bir sözlə, komandamız son 17 ayda antirekord enişə imza atacaq.

 

Yığmamızın tarixində ən böyük geriləmə isə 31 pillədən ibarətdi. Bu halla 2014-cü ilin oktyabrında üzləşmişik. 3 il öncə yığmamız 95-ci yerdən 126-cıya yuvarlanıb.

 

 

 

0