Yılmaz Vural: Azərbaycanda dəyərimizi anlamırlar
04.11.2014 - 20:15
Yılmaz Vural: Azərbaycanda dəyərimizi anlamırlar

“Hazırda Türkiyədə hər komandanın məşqçisi var. Buna görə də hansısa klubla danışıqlar apara bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri türkiyəli çalışdırıcı Yılmaz Vural deyib.

 

Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında bildirib ki, ölkəmizdən təklif alıb: “Çünki bu, etik cəhətdən düzgün olmaz. Belə bir şey olsa, idarəçilərə məlumat verirəm. Xarici ölkələrdən təkliflər var. Bülənt Uyğunun Qətərdə uğurları göz qabağındadı. Onun gördüyü işlər bu ölkədə biz məşqçilərin yolunu açır. Bununla bağlı olaraq, dünən o, mənə zəng edərək bir iş təklif etdi. Detalları dəqiqləşdirdikdən sonra Qətərdə işləyə bilərəm. Azərbaycan millisi ilə bağlı da məsələ var. Təəssüf ki, bu ölkədə dəyərimizi anlamırlar. Mümkün olarsa, mən də xaricdə çalışmağı firirləşirəm”.

 

Qeyd edək ki, Vuralın adı bir qədər öncə “Neftçi” ilə də birgə çəkilirdi. İndiyə qədər 23 fərqli klubu çalışdıran, dəlisov hərəkətləri ilə tez-tez diqqət mərkəzinə düşən məşqçi daha əvvəl də millimizdən təklif aldığını etiraf etmişdi.