Azərbaycan Premyer Liqasının XI turu “Sumqayıt”ın yubiley qələbəsi ilə əlamətdar olub. Apasport.az saytı xəbər verir ki, “Keşlə”ni evdə 3:1 hesabı ilə məğlub edən “Gənclik şəhəri” təmsilçisi yüksək dəstədə 50-ci qələbəsini qazanıb.
2011/12 mövsümündən Premyer Liqada çıxış edən sumqayıtlılar buna 207-ci matçda nail olublar. Bir sözlə, komanda keçirdiyi görüşlərin 24 faizində qələbə qazanıb. Hesabında 55 heç-heçə də olan “Sumqayıt” 102 dəfə məğlub olub.
Sumqayıtda keçirilən görüş həm də mövsümün rekordu ilə əlamətdar olub. 87-ci dəqiqədə meydana çıxan Rüfət Abdullazadə 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçu olub. O, 16 yaş 291 günlüyündə çempionatda debüt edib.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək