“Komandamız yaxşı oyun göstərdi. Matçın gedişatından hiss etdim ki, böyük hesabla qalib gələcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynov deyib.
Cənub klubunun baxımlı oyun göstərdiyini bildirən təcrübəli mütəxəssis futbolçuları bir məqama görə qınayıb: “Futbolçularımız ikinci hissədə bir qədər arxayınlaşdılar. Mən belə hiss etdim. Yəqin ki, baş məşqçi bununla bağlı onlarla danışıb, fikrini bildirəcək. “Xəzər Lənkəran” həmişə yaxşı oynayır. “Qəbələ” ilə matçda da baxımlı oyun sərgilədik. Sadəcə, əvvəlki qarşılaşmalarda qol vura bilmirdik deyə, zəif oynadığımızı düşünürdülər. Qol şanslarını çox qaçırırıq. “Neftçi” ilə oyunda da belə oldu. Yaradılan qol imkanlarına görə “Xəzər Lənkəran” “Neftçi”ni məğlub etməliydi”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı