[b]Yuri Fomenko “İnter”i hansı kluba dəyişir?[/b]
07.01.2016 - 16:22
[b]Yuri Fomenko “İnter”i hansı kluba dəyişir?[/b]

Qış fasiləsinə II pillədə yollanan “İnter”i daha bir futbolçu tərk edə bilər. Apasport.az saytının məlumatına görə, Səlahət Ağayev, İvan Benites, Xuan Fransisko, Emilian Vila, Stepan Polyak, Abdulla Abatsiyev və Dieqo Martinsin ardınca Yuri Fomenkonun da “bankirlər”dən ayrılmaq ehtimalı var.

 

Belə ki, ukraynalı hücumçu Topaz Premyer Liqasının digər təmsilçisi “Rəvan”ın diqqət mərkəzinə düşüb. “Sarı-qırmızılılar” 29 yaşlı futbolçunu icarəyə götürmək niyyətindədilər.

 

Bu məlumatı saytımıza açıqlamasında “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov da təsdiqləyib: “Bəli, Fomenko ilə yaxından maraqlanırıq. Danışıqlar baş tutsa, onu icarəyə götürəcəyik”.

 

Qeyd edək ki, Fomenko Azərbaycanda “İnter”dən əvvəl AZAL və “Kəpəz” klublarının formasını geyinib.