[b]Yuri Syomin “Qəbələ”dən ayrılması haqda danışdı [/b]
23.05.2014 - 12:10
[b]Yuri Syomin “Qəbələ”dən ayrılması haqda danışdı [/b]

“Doğrudan da, çox ağır mövsüm keçirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” ilə yollarını ayıran rusiyalı məşqçi Yuri Syomin deyib.

 

“Qəbələ” baş məşqçi Yuri Syominlə yollarını ayırıb. Bu qərar ölkə kubokunun final matçının ardından rusiyalı mütəxəssis  və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub.

 

Syomin son toplantıda komandadan ayrılmaq istədiyini bildirib. Rusiyalı mütəxəssis qərarını belə açıqlayıb: “Bundan sonrakı müddətdə komandanı toparlamaq və avrokubok oyunlarına hazırlamaq mənim üçün çətin olacaq. Bir müddət istirahət etməyə ehtiyacım var. Komandama, azarkeşlərimizə və rəhbərliyə bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. “Qəbələ”yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzulayıram”.

 

Qeyd edək ki, “Qəbələ” 9 illik tarixində Avropa miqyaslı yarışlara məhz Yuri Syominin rəhbərliyi altında vəsiqə qazanıb.