[b]Zaur Svanadze: Oyundan əvvəl 2 futbolçu mənə yaxınlaşıb...[/b]
19.02.2016 - 17:13
[b]Zaur Svanadze: Oyundan əvvəl 2 futbolçu mənə yaxınlaşıb...[/b]

“Hər iki komanda qələbə üçün oynadı. Meydanda yaxşı mübarizə izlədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının XXII turunun açılış matçında “İnter” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Zvanadze qələbəni şərh edib. O, heyətlə bağlı problemlərinin olduğunu bildirib: “Kombinasiyalı oyun nümayiş etdirdik. Matçdan əvvəl 2 futbolçumuz - Laşa Kasradze və Abbas Hüseynov mənə yaxınlaşaraq, oynaya bilməyəcəklərini dedilər. Bundan əlavə, heyətimizdə zədəlilər var idi. Zədədən heç kim sığortalanmayıb. Amma 23 oyunçumuzdan 5-nin zədəli olması bizə problem yaradır. Ümid edirəm ki, onlar tez bir zamanda sıraya dönəcəklər”.

 

Qeyd edək ki, bu qələbədən sonra “İnter” xallarının sayını 34-ə çatdıraraq, turnir cədvəlində “Qəbələ”yə çatdı.