[b]Zəiflərlə 9-cu duel[/b]
29.01.2018 - 15:01
[b]Zəiflərlə 9-cu duel[/b]

Azərbaycan milli komandasının sabah keçiriləcək yoxlama oyununda üz-üzə gələcəyi Moldova zəif rəqib sayılır. Apasport.az saytının məlumatına görə, bu komanda FİFA reytinqində dördüncü “50-lik”də qərarlaşıb.

 

Planetin 166-cısı olan Moldova 150 ən yaxşı arasından olmayan 5 sınaqçı rəqibimizdən biridi. Belə ki, millimiz indiyədək yoxlama oyunlarında 5 belə zəif rəqiblə 8 matç keçirib.

 

2015-ci ilin noyabrında dünyanın 154-cüsü kimi millimizin önünə çıxan Moldova 2-ci dəfə zəif imici ilə rəqibimiz olacaq. Andorra ilə 4 belə matç keçirmişiksə, Hindistan, Fələstin və Lixtenşteyn də zirzəmidə olduğu vaxt yoldaşlıq görüşündə millimizlə qarşılaşıb.

 

Komandamız zəiflərlə əvvəlki 8 matçda 4 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə uduzub.

 

Azərbaycan millisinin FİFA reytinqinin zəifləri ilə yoxlama oyunları
24 iyun 1998. Tallin. BT. Andorra – Azərbaycan – 0:0 (185)
4 iyun 2008. Andorra-la-Vella. YO. Andorra – Azərbaycan – 1:2 (184)
27 fevral 2012. Dubay. YO. Azərbaycan – Hindistan – 3:0 (154)

29 fevral 2012. Dubay. YO. Azərbaycan – Fələstin – 0:2 (162)

30 may 2012. Frankfurt. YO. Azərbaycan – Andorra – 0:0 (205)

6 fevral 2013. Dubay. YO. Azərbaycan – Lixtenşteyn – 1:0 (154)

17 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova – 2:1 (154)

26 may 2016. Bad Erlax (Avstriya). YO. Azərbaycan – Andorra – 0:0 (202)

 

Qeyd: mötərizədə rəqib komandanın FİFA reytinqində oyun gününə olan mövqeyi göstərilib.