[b]Zidana fantastik təklif: İlinə 50 milyon avro[/b]
01.06.2018 - 15:44
[b]Zidana fantastik təklif: İlinə 50 milyon avro[/b]

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan Qətər millisini çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, Misirin ən zəngin iş adamlarından hesab olunan Nagib Saviris tvitter hesabında bu barədə paylaşım edib.

 

Onun yazdığına görə, fransız mütəxəssis Qətər Futbol Federasiyasından 4 illik təklif alıb. Zidan təklifi qəbul edəcəyi təqdirdə ilinə 50 milyon avro qazanacaq. 45 yaşlı çalışdırıcıdan Qətər yığmasını 2022-ci ildə keçiriləcək dünya çempionatına çıxarmaq tələb olunur.

 

Qeyd edək ki, Zidan açıqlamasında bir müddət komanda çalışdırmayacağını demişdi.