Əfsanəvi fransalı futbolçu, hazırda “Real”ın ikinci komandası “Kastilya”nı çalışdıran Zinəddin Zidan arzularının komandasını açıqlayıb. Apasport.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssisin komandasında cəmi 1 fransalının olması diqqətçəkən məqamdı.
Karyerasını davam etdirənlər arasında öz “heyətini quran” Zidan daha çox “Real”ın oyunçularına yer verib. O, əzəli rəqibləri olan “Barselona”dan da 2 oyunçunu fərqləndirib.
Zidanın “11-liy”i belədi: İker Kasilyas (İspaniya, “Real”) – Dani Alveş (Braziliya, “Barselona”), Pepe (Portuqaliya, “Real”), Serxio Ramos (İspaniya, “Real”), Marselo (Braziliya, “Real”) – Luka Modriç (Xorvatiya, “Real”), Yaya Ture (Kot d’İvuar, “Mançester Siti”) – Zlatan İbrahimoviç (İsveç, PSJ), Lionel Messi (Argentina, “Barselona”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”), Kərim Benzema (Fransa, “Real”).
Qeyd edək ki, Zinəddin Zidan 2001-2006-cı illərdə “Real”ın formasını geyinib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı