Fransa çempionatında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la qarşılaşacaq “Sent-Etyen” PSJ ilə qarşılaşıb.
Görüş darmadağınla nəticələnib. Belə ki, “Sent-Etyen” güclü rəqib qapısında aciz qalıb. Parislilər 5:0 hesabı ilə qalib gəliblər.
Stefan Rufyenin avtoqolu ilə hesabın açıldığı görüş Zlatan İbrahimoviçin şousu ilə əlamətdar olub. İsveçli 41, 62 və 72-ci dəqiqələrdəki qollarla het-trik rəsmiləşdirib. 64-cü dəqiqədə isə Azərbaycan çempionatının bombardiri olmuş Valter Quqlemonun qardaşı Edinson Kavani fərqlənib.
Qeyd edək ki, 4 turdan sonra hesabında 7 xal olan “Sent-Etyen” 20 komanda arasında 8-ci pillədə qərarlaşıb.