"Beşiktaş"ın baş məşqçisindən açıqlama
03.04.2015 - 23:19
"Beşiktaş"ın baş məşqçisindən açıqlama

“Beşiktaş”ın baş məşqçisi Slaven Biliç onun  karyerasını İngiltərədə davam etdirməsi ətrafında gəzən söz-söhbətlərə aydınlıq gətirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çalışdırıcı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

 

Onun sözlərinə əsasən, klubda təkcə müqaviləyə görə qalmayıb: “Mən burda olduğum müddətdə hər şeyi isbat etdim. Dolaşan xəbərlər yalan və dedi-     qodudu. Təbii ki, onların da qarşısını ala bilmərik”.

 

Qeyd edək ki, Biliç 2013-cü ildən “Beşiktaş”ın baş məşqçi postundadı.