"Bolton" aşağı liqaya yuvarlandı
10.04.2016 - 00:44
İngiltərənin köklü klublarından olan "Bolton"un çöküşü davam edir. Apasport.az saytının məlumatına görə, Cimmi Fillipsin komandası "Çempionşip"də də möhkəmlənə bilməyib.
41-ci turda "Derbi Kaunti" ilə qarşılaşan "Bolton" 1:4 hesabı ilə məğlub olub və komandanın "Çempionşip"də qalmaq şansı bitib. Bununla da ciddi maliyyə problemi yaşayan klub 23 ildən sonra yenidən İngiltərənin III liqasına yuvarlanıb.
Qeyd edək ki, dörd il öncə "Bolton" Premyer Liqada mübarizə aparırdı.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0