"Borussiya"da ciddi itki
20.01.2015 - 21:53
"Borussiya"nın heyətində ciddi itki baş verib. Apasport.az saytının məlumatına görə, Dortmund klubunun yarımmüdafiəçisi Sebastyan Kel zədələnib.
34 yaşlı futbolçu “Styaua” (1:0) ilə yoldaşlıq oyununda sol çiyinini əzdiyi üçün 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Beləliklə, Kelin Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı çərçivəsində “Yuventus”la oyuna çıxıb-çıxmayacağı sual altındadı. Qarşılaşma fevralın 24-da baş tutacaq.
0
0