“Mövsüm sonunda komandada bəzi dəyişiklər olacaq, ancaq Yurgen Klopp klubdan ayrılmayacaq. Apasport.az saytının məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının idman direktoru Mixael Çork deyib.
Komandanın heç də yaxşı mövsüm keçirmədiyini dilə gətirən direktor, avrokuboklardan kənarda qalacaqları təqdirdə, futbolçuların bir çoxu ilə müqavilənin sona yetəcəyini bildirib: “Hədəfimiz bəllidi, Avroliqaya qatılmağı düşünürük. Hər mövsüm Avropadakı turnirlərdə çıxış etmək istəyirik”.
Qeyd edək ki, “Borussiya” cari mövsümdə zəif təsir bağışlayaraq, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.