"Çelsi" Azarla yolları ayıra bilər
20.01.2015 - 12:02
“Çelsi”nin belçikalı futbolçusu Eden Azar karyerasını Fransa çempionatında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi PSJ-nin diqqət mərkəzinə düşüb.
Qarşı tərəflə danışığa başlayan parislilər Azara görə 55 milyon funt-sterlinq xərcləməyə hazırdılar. Hələlik “Çelsi” rəhbərliyi bu təklifə cavab verməyib. Bununla belə, London klubunun Azarı satacağı inandırıcı görünmür. Baş məşqçi Joze Mourinyo istedadlı xavbekin “Çelsi”də qalmasını istəyir.
Qeyd edək ki, “Lill” klubunun yetirməsi olan Azar 2012-ci ildən “Çelsi”nin uğurları üçün çalışır.
0
0