Qurban Qurbanovdan hakimlərə məsləhət: Mən belə penalti istəmirəm
17.10.2014 - 20:54
Qurban Qurbanovdan hakimlərə məsləhət: Mən belə penalti istəmirəm

“Bu qarşılaşma bizim üçün vacib idi. Qələbə qazandığımız üçün sevinirik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam təmsilçisi Topaz Premyer Liqasının VIII turunu 3 xalla başa vurdu. “Qəbələ” üzərində 2:0 hesablı qələbə qazanmalarına baxmayaraq, Qurbanov komandasının çıxışından razı qalmayıb: “Komandamın oyunundan tam razı qala bilmәrәm. Bәzi problemlәr görünürdü. Bunları aradan qaldırmağa çalışacağıq”.

 

“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanun hakimlikdən narazı qalmasına gəlincə, Qurbanov bildirib ki, qazanılan qələbəyə kölgə salmaq düzgün deyil: “Belə söhbətlərdən bezmişəm. Mən belə penalti istəmirəm. Hakimlərə məsləhətim odu ki, əmin olmadıqları penaltini verməsinlər”.

 

 

0