“Fənərbaxça” futbolçusu Kristian Baroni ilə yolları ayıracaq. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərdlilər” mövsüm sonu müqaviləsi başa çatacaq 30 yaşlı yarımmüdafiəçini komandada saxlamaq fikrində deyil.
Hazırda İstanbul təmsilçisinin yarımmüdafiə xəttində daha çox futbolçu var. Baroni isə legioner limiti səbəbindən komandasına eldə çox kömək edə bilmir. Bu amilləri nəzərə alan məşqçilər korpusu rəhbərliklə danışaraq ona yeni müqavilə təklif etməməyi deyib. Kristianın sabiq klubu “Korintians”a qayıdacağı deyilir.
Qeyd edək ki, təcrübəli futbolçu 2009-cu ildə Braziliya təmsilçisi “Korintians”dan 5 milyon avro qarşılığında “Fənərbaxça”ya keçmişdi.