Fransa və Braziliya milliləri üz-üzə
03.12.2014 - 20:35
 Fransa və Braziliya milliləri üz-üzə

Fransa və Braziliya millilərinin 2015-ci ildə yoldaşlıq görüşü keçirmələri barədə razılıq əldə olunub. Apasport.az-ın məlumatına görə, oyun martın 26-da, Sen-Denidəki “Stade de France” arenasında keçiriləcək.

 

Maraqlıdı ki, fransızlar məhz bu stadionda DÇ-1998-in finalında braziliyalılara 3:0 hesabı ilə qalib gəliblər.

 

Qeyd edək ki, Fransa yığması Avro-2016-nın ev sahibi kimi Avropa çempionatının seçmə mərhələsində çıxış etmir.