"İnter" bu dəfə türk futbolçunu istəyir
03.04.2015 - 22:05
“İnter” türk oyunçunu transfer etmək üçün hərəkətə keçib. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş”da forma geyinən Oğuzxan Özyaqub Milan klubunun maraq dairəsinə düşüb.
Məlumata əsasən, transferlə bağlı son mərhələyə başlanılıb və iki həftə ərzində İtaliya klubu öz məqsədinə çatacaq. Artıq “göy-qaralar” Türkiyə millisinin üzvü ilə çoxdan bəri danışıqlar aparır.
Qeyd edək ki, yarımmüdafiəçi 2012-ci ildən “Beşiktaş”ın şərəfini qoruyur.
0
0