“Çoxları bizdən uğur gözləyirdi. Amma komandamız Avropa Liqası ilə qol vurmadan vidalaşdı, bu, çox pis oldu”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin yeni transferi Adrian Ropotan deyib.
Rumıniyalı futbolçu Avropa Liqasının I təsnifat mərhələsində “Şiroki Briyeq”ə 0:3 hesabı ilə uduzmasından danışıb: “Xeyli səhvlər etdik ki, rəqib də bunu bağışlamadı. Amma bu hesabı gözləmirdik. Meydana qələbə üçün çıxmışdıq. Komandada problemlər olması ilə razıyam. Çalışacağıq ki, çempionata qədər bunları aradan qaldıraq. Baş məşqçimiz Dorinel Muntyanu bunun üçün çalışır. İnanıram ki, o, Azərbaycan Premyer Liqasının startına qədər bütün çatışmazlıqları aradan qaldıracaq”.