"Mançester Siti"də xoşbəxt deyil, "Roma"ya keçir
07.03.2015 - 15:27
"Mançester Siti"də xoşbəxt deyil, "Roma"ya keçir

Fransa yığmasının üzvü Bakari Sanya “Mançester Siti”dən ayrılmaq istəyir. Apasport.az saytının məlumatına görə, buna səbəb təcrübəli müdafiəçinin əsas heyətə düşə bilməməsidi.

 

Durumundan narazı olan Sanyanın mövsümün sonunda “şəhərlilər”lə vidalaşacağı gözlənilir. 32 yaşlı futbolçunun karyerasını İtaliyada davam etdirmək ehtimalı az deyil. Belə ki, Sanya ilə “Roma” yaxından maraqlanır. Paytaxt klubu indidən fransız futbolçu ilə danışıqlara başlayıb.

 

Qeyd edək ki, Sanya “Mançester Siti”yə keçən il “Arsenal”dan transfer olunub.