"Mançester Yunayted"dən 16 yaşlı futbolçuya təklif
04.12.2015 - 15:05
"Mançester Yunayted"dən 16 yaşlı futbolçuya təklif

“Mançester Yunayted” klubu qış transferi dövründə heyətinə yeni oyunçu qatmağı planlaşdırır. Apasport.az saytı xəbər verir ki, “mankunianlar” “Vest Hem”in 16 yaşlı futbolçusu Ris Oksfordla danışıqlara start veriblər.

 

“Qırmızı şeytanlar” gənc oyunçuya görə 8 milyon funt-sterlinq xərcləməyə hazırdılar. Ancaq “Vest Hem” rəhbərliyi də Oksfordla yeni müqavilə bağlamaq arzusundadı. Bu mənada, onların “Mançester Yunayted”in təklifinə necə cavab verəcəyi maraq doğurur.

 

Qeyd edək ki, bu ildən “Vest Hem”in əsas komandasında çıxış edən Oksford “çəkicdöyənlər”in heyətində ümumilikdə 6 oyun keçirib.