"Messi-Suares-Neymar “trio”su futbol tarixinin ən güclüsüdü"
05.12.2015 - 14:26
"Messi-Suares-Neymar “trio”su futbol tarixinin ən güclüsüdü"

“Barselona”nın baş məşqçisi Luis Enrike komandasının hücum xəttindəki futbolçuları tərifləyib. Apasport.az saytının məlumatına görə, o, klubun rəsmi saytına açıqlamasında Lionel Messi, Luis Suares və Neymarın ünvanına tərif yağdırıb.

 

Luis Enrikenin fikrincə, bu “üçlük” futbol tarixinin ən güclü hücum xəttidi: “Onlar bir-birilərini çox gözəl tamamlayırlar. Qol vururlar, ötürmə verirlər. Məncə, bu, dünya futbol tarixinin ən güclü “trio”sudu. Statistika da mənim fikrimi təsdiqləyər”.

 

Qeyd edək ki, cari mövsümdə “Barselona”nın La Liqada vurduğu 33 qoldan 30-u məhz adıçəkilən futbolçuların aktivindədi.