“Messi ilə dostluğumuz yalnız meydandan kənardadı. Meydanda isə onunla dost deyiləm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Mançester Siti”nin hücumçusu Serxio Aquero deyib.
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Barselona” ilə keçirəcəkləri oyun haqda danışan argentinalı forvard həmyerlisini məğlub etməyə çalışacağını vurğulayıb: “Həm Messi, həm də mən meydana çıxanda yalnız formasını geyindiyimiz komandanın uğurunu düşünürük və final fitinə qədər mübarizə aparırıq. Hər iki komanda yaxşı mövsüm keçirir. Belə oyunlara proqnoz vermək çox çətindi. Amma bircə o dəqiqdi ki, “Barselona” ilə hər iki matçımız gərgin və maraqlı keçəcək”.
Qeyd edək ki, “Mançester Siti” – “Barselona” oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.