"Milan"ın baş məşqçisinə xəbərdarlıq
19.01.2015 - 18:59
"Milan"ın baş məşqçisinə xəbərdarlıq

“Milan”ın vitse-prezidenti Adriano Qalliani komandanın baş məşqçisi Filippo İnzagi ilə görüşüb. Apasport.az saytının məlumatına görə, tərəflər arasında görüş təxminən 1 saat davam edib.

 

Görüş zamanı “rossonyerlər”in cari mövsümdəki çıxışı müzakirə edilib. Qalliani narazılığını bildirməklə yanaşı, uğursuz çıxışın səbəbini baş məşqçidən soruşub. İnzaginin necə bəraət qazanmağa çalışdığı isə bəlli deyil. Ehtimal olunur ki, Qalliani yaxın günlərdə klubun prezidenti ilə görüşüb, ona bəzi məlumatlar verəcək.

 

Qeyd edək ki, “Milan” 19 turdan sonra 26 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.