Türkiyə Superliqasında XXVII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın 2 legionerinin çıxış etdiyi komandalar da bu çərçivədə oyunlara çıxıb.
Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” ardıcıl 6 turluq qələbəsiz oyunlar seriyasına son qoyub. “Sivasspor” doğma azarkeşləri önündə “Qaziantepspor”u əlavə olunmuş dəqiqə qolu ilə məğlub edib – 3:2. Ötən tur “Ərciyəsspor”a (1:1) qarşı 90 dəqiqə oynayan hücumçumuz bu dəfə ehtiyatda qalması ilə yadda qalıb.
Ali Gökdəmirin çıxış etdiyi “Elazığspor” isə evdə Avroliqaya vəsiqə qazanmağa iddia edən “Trabzonspor”la qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Gökdəmir ardıcıl 2-ci oyunda da “18-liy”ə daxil ola bilməyib.
Qeyd edək ki, bu turdan sonra “Sivasspor” 40 xalla IV pilləyə yüksəlib. “Elazığspor” isə 1 pillə irəliləyib. Gökdəmirin komandası 28 xalla XV sıradadır.
Millimizin legionerləri üçün uğursuz tur
31.03.2014 - 08:46
0
0