Türkiyə Futbol Federiyasının İntizam Komitəsi "Qalatasaray" və "Fənərbaxça" verilən cəzalarda dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, ölkə superkubokunda üz-üzə gələn hər iki komandanın cəzası ağırlaşdırılıb.
Belə ki, İntizam Komitəsi "sarı-bülbüllər"ə 120 min türk lirəsi deyil, 200 min türk lirəsi məbləğində cərmənin ödənilməsini istəyib.
“Aslanlar”a gəlincə isə matç zamanı komandanın azarkeşlərinin meydana yad əşyaların atması səbəbindən onlar bir oyunluq cəzalandırılıb. lubun 250 min türk lirəsi cəriməsi isə 100 min türk lirəsinə endirilib.
Qeyd edək ki, Türkiyə superkubokunda “Fənərbaxça” əzəli rəqibini penaltilər seriyasında məğlub etməyi bacarmışdı.