Avropa Liqasının pley-off mərhələsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya) oyunun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 21-də baş tutacaq qarşılaşmanı almaniyalı hakimlər idarə edəcək.
Matçın baş hakimi Manuel Qrafe olacaq. Ona həmyerliləri Holger Hençel və Kristian Gittelmanna kömək edəcək. 4-cü hakim funksiyasını Quido Vinkmann yerinə yetirəcək.
Matçın UEFA nümayəndəsi gürcüstanlı Dmitri Bokeriya, hakim-inspektor isə danimarkalı Yorn Uest Larsen olacaq.
Qeyd edək ki, Qrafe 2008-ci ildə Azərbaycan kuboku uğrunda “Xəzər Lənkəran”ın “İnter”ə Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qalib gəldiyi final matçını da idarə edib.