Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "İnter"in heyətində ciddi itki baş verib. Apaspot.az saytının məlumatına görə, Milan klubu sentyabrın 18-də səfərdə "Dnepr"lə oyuna itkilərlə çıxacaq.
İtaliya təmsilçisinin heyətində müdafiəçi Conatan və yarımmüdafiəçi Qari Medel sıradan çıxıb. Baş məşqçisi Valter Mazzari "Dnepr"ə qarşı matçda hər iki futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, braziliyalı futbolçu zədə səbəbindən, Çilidən olan yarımmüdafiəçi isə cəzalı olduğu üçün səfər oyununda meydana çıxmayacaqlar.
Qeyd edək ki, Bakı vatı ilə saat 22:00-da başlayacaq oyunda Nemanya Vidiç və zədəsi sağalan Rodriqo Palasio "Dnepr"ə qarşı forma geyinəcək.