"Qarabağ"ın vitse-prezidenti UEFA rəsmisi ilə görüşəcək
13.12.2014 - 16:52
"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "İnter"lə keçirilən oyundakı hakim səhvi ilə bağlı UEFA-nın Nizam-İntizam Komitəsinə müraciət edib. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl İsveçrəyə səfərə hazırlaşır. O, UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedərək, lazımi şəxslərlə fikir mübadiləsi aparacaq. "Qarabağ"ın hüquqlarını müdafiə edəcək Gözəl səfər çərçivəsində Avropa Liqası yarışının direktoru Giorgi Marketti ilə də görüşəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0