"Qvardiolanın sistemi ilə oynaya bilməz"
03.04.2015 - 22:27
"Qvardiolanın sistemi ilə oynaya bilməz"

“Kevin de Bröynün “Bavariya” üçün faydalı transfer ola biləcəyini düşünmürəm. Apasport.az  saytının məlumatına görə, bu sözləri Münhen klubunun yarımmüdafiəçisi Frank Riberi alman nəşri “Bild”ə açıqlamasında deyib.

 

Belçikalının daha çox əks-hücumlarda əla təsir bağışladığı söyləyən fransız ulduz, Qvardiolanın taktiki sistemi ilə oynaya bilməyəcəyini qeyd edib.

 

Qeyd edək ki, Kevin de Bröyn “Volfsburq”da  bu mövsüm 9 qol vurub və məhsuldar 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası isə turnir cədvəlində “Bavariya”dan sonra II yerdədi.