[b]"Real" Beylə yeni müqavilə təklif edir[/b]
01.06.2018 - 14:11
“Real” Qaret Beyllə yeni müqavilə bağlamaq niyyətindədi. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, uelsli futbolçunun təmsilçiləri yaxın iki həftə ərzində klub rəsmiləri ilə görüşüb, müzakirələrə başlayacaqlar.
Beylin hazırkı müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulub.
“Mançester Yunayted” 28 yaşlı oyunçu ilə yaxından maraqlanır. Onun transferi 200 milyon funt sterlinq dəyərində qiymətləndirilir.
Qeyd edək ki, Qaret Beyl “Liverpul”la oynanılan Çempionlar Liqası finalında dublla yadda qalmışdı.
0
0