"Real"ın futbolçusu PSJ ilə danışığa başladı
22.10.2015 - 13:02
Madrid “Real”ının müdafiəçisi Rafael Varan karyerasını ölkəsində davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, gənc futbolçu ilə PSJ yaxından maraqlanır.
Paris təmsilçisi Varanla danışıqlara artıq start verib. 22 yaşlı futbolçunun Çempionlar Liqasında dünən PSJ ilə oyundan (0:0) sonra qarşı tərəflə görüşdüyü iddia edilir.
Bu keçidi rəsmiləşdirmək üçün paytaxt klubu rəqabətdən qalib ayrılmalıdı. Belə ki, Varanı “Mançester Yunayted” də öz heyətində görmək istəyir.
Qeyd edək ki, “Lans”ın yetirməsi olan Varan 2011-ci ildən “Real”ın formasını geyinir.
0
0