"Simurq" - "Bakı" qarşılaşmasında qalmaqal yarandı - YENİLƏNİB
09.02.2014 - 16:30
"Simurq" - "Bakı" qarşılaşmasında qalmaqal yarandı - YENİLƏNİB
Topaz Premyer Liqasının XX turu çərçivəsində baş tutan "Simurq" - "Bakı" qarşılaşmasında qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, münaqişə "Simurq" azarkeşləri ilə polislər arasında yaşanıb.
 
Belə ki, oyunun başlamasına bir neçə dəqiqə qalmış polis əməkdaşları azarkeşlərə qadağan edilmiş ərazidə dayandıqlarını bildirib. Tribunada əyləşən futbolsevərlər isə nə baş verdiyini anlamayıb. Bir neçə dəqiqə davam edən mübahisədən sonra ara sakitləşib.
 
Daha bir münaqişə futbolçular arasında yaşanıb. Qonaqların hücumu zamanı Lukas Mario Horvatın qarşısını İlkin Qırtımov kobudluqla alıb. Bununla da futbolçular arasında qalmaqal başlayıb. Futbolçular arasında yaranmış mübahisə Orxan Məmmədovun Nicat Qurbanov və Risto Ristoviçi yanına çağıraraq, xəbərdarlıq etməsindən sonra başa çatıb.
 
Zədələnərək meydandan kənarlaşdırılan Horvat isə həkim müdaxiləsindən sonra yenidən oyuna daxil olub (futbolinfo.az).