"Suares "Liverpul"a qayıdacaq"
07.03.2015 - 12:47
"Suares "Liverpul"a qayıdacaq"

“Liverpul” klubunun baş məşqçisi Brendan Rocers maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, o, keçən il “Barselona”ya transfer olunan Luis Suaresin “mersisaydlılar”a qayıdacağını bildirib.

 

Rocersin sözlərinə görə, ona bu barədə ulduz futbolçunun özü məlumat verib: “Suares qayıtsa, əla olardı. Bizim üçün o, həmişə dəyərli futbolçu olub. Luis “Barselona”ya keçəndən sonra dəfələrlə deyib ki, nə vaxtsa “Liverpul”a qayıdacam. O, bizim klubu sevirdi və bu komandada oynamaqdan məmnun idi. “Liverpul” azarkeşləri də Luisə hörmət edirlər”.

 

Qeyd edək ki, 2011-2014-cü illər ərzində “Liverpl”un formasını geyinmiş Suares Premyer Liqa klubunun heyətində 133 oyunda 82 qol vurub.