"Sumqayıt" AZAL-la sülhə razılaşdı
17.01.2015 - 20:24
Topaz Premyer Liqasının 3 və 4-cü dövrəsinə ölkədə hazırlaşan "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk yoxlama matçında "Bakı" ilə qarşılaşan (5:1) Aqil Məmmədovun komandası bu dəfə "Kapital Bank Arena"da AZAL-la üz-üzə gəlib.
Qarşılaşmada hesab açılmayıb – 0:0.
Qeyd edək ki, "Sumqayıt" növbəti yoxlama oyununu yanvarın 19-da "AZAL Arena"da yenidən AZAL-a qarşı keçirəcək.
0
0