"Sumqayıt" çempionla qarşılaşacaq
16.07.2015 - 13:24
"Sumqayıt" çempionla qarşılaşacaq

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünə hazırlığını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” komandası təlim-məşq toplanışının qalan hissəsini də "Kapital Bank Arena"da keçirəcək.

 

Gündə iki dəfə olmaqla hazırlığını davam etdirən baş məşqçi Aqil Məmmədovun komandası 10 günlük təlim-məşq toplanışı dövründə 3 yoxlama oyunu keçirəcək. "Sumqayıt" ilk oyununu sabah keçirəcək.

 

Komanda I divizionun son çempionu "Neftçala" ilə üz-üzə gələcək. Qarşılaşma "Kapital Bank Arena"da keçiriləcək və saat 19:00-da başlayacaq.