"Tofiq Bəhramov" ilin ilk matçına hazırdı
01.02.2014 - 13:29
"Tofiq Bəhramov" ilin ilk matçına hazırdı

Tofiq Bəhramov adına Respublika stadionu Topaz Premyer Liqasının XIX turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçına tam hazır olacaq. Bu barədə Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.

 

O bildirib ki, fevralın 1-də saat 17:00-a nəzərdə tutulan qarşılaşmanın vaxtında başlamasına heç bir problem yoxdur. Artıq stadionun yarıyadək təmizləndiyini deyən İsmayılov ot örtüyünün normal vəziyyətdə olduğunu açıqlayıb.

 

Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” matçı qış fasiləsindən sonra Topaz Premyer Liqasında III dövrənin ilk oyunu olacaq. Günün daha bir qarşılaşması sayılan “Sumqayıt” – “Qəbələ” görüşü isə fevralın 2-nə təxirə salınıb. Sabah daha 3 oyun olacaq: “Bakı” – “Rəvan”, “İnter” – AZAL, “Neftçi” – “Simurq”.