Van der Vaart türk klubuna gəlir
02.04.2015 - 20:27
Hollandiyalı yarımmüdafiəçi Rafael van der Vaart karyerasını "Bursaspor”da davam etdirə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumatına əsasən, 32 yaşlı Vaart klub rəhbərliyinin transfer etmək istədiyi futbolçular sırasındadı.
Hətta xəbərdə bildirilir ki, artıq “Hamburq”lu oyunçunun meneceri ilə ilkin razılıq da əldə olunub.
Qeyd edək ki, holland bundan öncə “Beşiktaş” və “Trabzonspor”un da maraq dairəsinə düşüb.
0
0