Vaqif Sadıqov daha baş məşqçi deyil
15.03.2014 - 21:13
 Vaqif Sadıqov daha baş məşqçi deyil

AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov postundan kənarlaşdırılıb. Apasport.az saytının xəbərinə görə, Topaz Premyer Liqasında uğursuz çıxış edən paytaxt təmsilçisi bu gün klubdaxili iclas keçirib. Görüşdə komandanın son vaxtlar düçar olduğu uğursuzluqlar və əldə olunan mənfi nəticələr müzakirə edilib.

 

Rəhbərlik komandanın mövsümün əvvəllərində qarşıya qoyulan hədəflərdən uzaq düşdüyünü vurğulayıb. Müzakirələr zamanı klub rəhbərliyi ilə baş məşqçi arasında ümumi nəticə əldə olunmayıb.

 

Bu səbəbdən Sadıqov baş məşqçi vəzifəsindən istefa verdiyini bəyan edib. O, qərarını günün sonunda futbolçulara rəsmən bəyan edib.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında keçirdiyi 25  oyundan 26 xal toplayan AZAL turnir cədvəlində 8-ci yerdədidir.

0