“Milan”ın müdafiəçisi Alessio Romanyoli iş yerini dəyişə bilər. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, “Yuventus” onun xidmətində maraqlıdı.
Turin klubunun, baş məşqçi Massimiliano Alleqri və komanda yoldaşları ilə münasibətləri pozulan Mehdi Benatiya ilə yollarını ayırmaq istədiyi bildirilir. “Arsenal” və “Marsel” mərakeşli futbolçunu transfer etmək niyyətindədi. Benatiyanın yerini doldurmağa əsas namizəd isə məhz Romanyolidi.
Romanyolinin “Milan”la olan müqaviləsi 2020-ci ildə başa çatır. “Rossonerilər”in UEFA-nın maliyyə feyr-pleyi qaydalarını pozmaması üçün onu satacağı istisna edilmir.