“Çelsi”nin mərkəz yarımmüdafiəçisi Oskar “Yuventus”un maraq dairəsindədi. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” braziliyalı futbolçuya görə 29 milyon funt-sterlinq ödəməyə hazırdı.
Məlumata əsasən, italyanların baş məşqçisi Massimiliano Alleqri uzun müddətdi ki, Oskarı öz komandasında görmək istəyir. Hətta yayılan xəbərlərdə “Yuventus” skautlarının işə başladığı bildirilir.
Qeyd edək ki, Turin klubunun fransız yarımmüdafiəçisi Pol Poqbanın komandanı tərk edəcəyi ilə bağlı fikirlərin ardından, “Yuventus” braziliyalının transferi haqda daha çox düşünməyə başlayıb.