A seriyasında klubların sayı azaldılır
27.12.2014 - 22:26
İtaliya A seriyasında 2016/17 mövsümündən etibarən komandaların sayı 18-ə qədər endirilə bilər. Apasport.az saytının məlumatına görə, bu haqda ölkə futbol federasiyasının prezidenti Karlo Tavekkionu təklif irəli sürüb.
Hazırda 20 komandanın çıxış etdiyi A seriyasının gələcək taleyinə 2015-ci ilin iyun ayının 30-da aydınlıq gələcək. Həmin tarixdə səsvermənin nəticəsinə görə, ya 20, ya da 18 klub mübarizə aracaq. B seriyası isə 20 komandaya endiriləcək.
Qeyd edək ki, 2004/05 mövsümündə A seriyası 18-dən 20-yə qədər artırılmışdı.
0
0