Mövsümün ikinci yarısına hazırlıqları Türkiyədə davam etdirən "Rəvan” gündə 2 dəfə olmaqla məşq edir. Apasport.az klub saytına istinadən xəbər verir ki, səhər məşqləri əsasən fiziki, axşam çalışmaları isə taktiki-texniki yöndə olur.
Bu gün yerli vaxtla günorta saatlarında isə “aslanlar”ın düşərgəsinə tanınmış bir sima təşrif buyurub. Türkiyə millisinin sabiq baş məşqçisi, tanınmış mütəxəssis Abdulla Avcı tanışları ilə birgə komandaya baş çəkib.
Baş məşqçi Güvənc Kurtarla çox yaxın dost olan Abdulla hoca klub idarəçiləri və məşqçilər heyəti ilə təxminən 1 saat ərzində fikir mübadiləsi apardı. Çay süfrəsi ətrafında baş tutan səmimi söhbətdən sonra xatirə şəkli də çəkdirilib.