Abışov İspaniyaya gedir
28.01.2014 - 23:33
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov sabah komandası “Rubin”lə birgə təlim-məşq toplanışı üçün İspaniyaya yollanacaq. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Kazan təmsilçisi həmin ölkədəki toplanış çərçivəsində üç yoxlama oyunu keçirəcək. Görüşlər 5, 8 və 11 fevral tarixlərində baş tutacaq. Artıq bu rəqiblərdən birinin adı da məlumdur. Rusiya klubu 5 fevraldakı ilk matçını Rumıniya təmsilçisi “ÇFR Kluj”a qarşı keçirəcək.
0
0