Abışovun komanda yoldaşı “İnter” yolunda
17.01.2014 - 06:44
Abışovun komanda yoldaşı “İnter” yolunda

Millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”in futbolçusu Gökhan Törə karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İnter” 21 yaşlı yarımmüdafiəçiyə elçi düşüb.

 

Milan klubu hazırda “Beşiktaş”da icarə əsasında çıxış edən gənc futbolçu üçün danışıqlara başlayıb. Rusiya təmsilçisi ilə görüşən “göy-qaralar” bu keçidin reallaşmaq imkanlarını müzakirə edib.

 

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Gökhan bu yay “Rubin”dən ölkəsinin “Beşiktaş” klubuna keçib. O, mövsüm sonuna qədər İstanbul klubunda icarə əsasında çıxış edəcək.