Abışovun komanda yoldaşı icarəyə göndərildi
24.01.2014 - 23:33
Abışovun komanda yoldaşı icarəyə göndərildi

Millimizin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”in futbolçusu İvan Markano karyerasını Yunanıstan çempionatında davam etdirəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə Kazan klubunun rəsmi saytı məlumat yayıb.

 

26 yaşlı müdafiəçi “Olimpiakos”la müqavilə bağlayıb. Sözləşməyə əsasən, o, cari mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək.

 

Qeyd edək ki, ispaniyalı futbolçu 2012-ci ildə ölkəsinin “Vilyarreal” klubundan Rusiya təmsilçisinə keçib. O, 2011-2012 mövsümünü də icarə əsasında “Olimpiakos”da keçirmişdi.