Abışovun komandası “Dnepr”lə bacarmadı
12.02.2014 - 01:22
Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi İspaniyada keçirilən “Diamonds Cup” turnirində Ukrayna “Dnepr”lə üz-üzə gəlib.
Görüş tərəflərin 1:1 hesablı heç-heçəsi ilə başa çatıb. Baş məşqçi Rinat Bilyaletdinov bu matçda Abışova şans verməyib.
0
0