Abışovun komandası İspaniyada üzüldü
21.02.2014 - 02:20
Abışovun komandası İspaniyada üzüldü

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” də ötən gün İspaniyada qüvvəsini sınayıb.

 

Kazan klubu səfərdə La Liqanın autsayderi “Betis”lə üz-üzə gəlib. Rusiya təmsilçisi oyunu 10 nəfərlə başa vursa da, meydandan 1:1 hesablı bərabərliklə ayrıla bilib.

 

Abışovun adı isə bu matçın iştirak ərizəsinə də daxil edilməyib.